Burada sizin reklamınız ola bilər

Təhsil Nazirliyindən məktəblərin bağlanacağı barədə xəbərə
02 Mart 2021 , 13:43

Təhsil Nazirliyindən məktəblərin bağlanacağı barədə xəbərə - Reaksiya


Təhsil Nazirliyi martın 3-dən 9-dək Azərbaycanda təhsil müəssisəslərinin koronavirus infeksiyası səbəbindən bağlanacağı ilə bağlı məlumata münasibət bildirib.
 

Primetime.az xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bununla bağlı feysbuk hesabında yazıb: 
 

“Xahiş olunur ki, ötənilki məlumatı bu ilə uyğunlaşdırmayasınız. Tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı. Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir”.
 

Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında martın 3-dən 9-dək Azərbaycanda bağçalar, məktəblər və universitetlərin virusla əlaqədar fəaliyyətini dayandıracağını yazıb.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR