Burada sizin reklamınız ola bilər

Bu il Bakıda Formula 1 zamanı konsert proqramları olmayacaq
02 Mart 2021 , 14:48

Bu il Bakıda Formula 1 zamanı konsert proqramları olmayacaq


Bu il Formula 1 Azərbaycan Qran Prisi zamanı konsert proqramları və mədəniyyət tədbirləri təşkil olunmayacaq.

 

Primetime.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin bu gün keçirilən seminarında bildirilib.

 

Qeyd olunub ki, koronavirus pandemiyası səbəbindən kütləvi tədbirlərin keçirilməsinə məhdudiyyət qoyulduğu üçün konsert proqramı və mədəniyyət tədbirlərinin keçirilməsi bu il üçün təxirə salınıb.

 

Qeyd edək ki, hər il Qran Pri zamanı dünyanın tanınmış müğənniləri Bakıya dəvət edilirdi və konsert proqramları təşkil olunurdu.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR