Burada sizin reklamınız ola bilər

Əməkdar artist insult keçirib
03 Mart 2021 , 11:03

Əməkdar artist insult keçirib


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Əməkdar artist Pərviz Bağırov xəstəxanaya yerləşdirilib.

 

Primetime.az bildirir ki, bu haqda rejissor Şəhriyar Zeyni sosial şəbəkədə məlumat yazıb. O bildirib ki, P.Bağırov fevralın 27-də çəkiliş vaxtı beyin insultu keçirib, hazırda 5 saylı Şəhər Klinik Xəstəxanasının Reanimasiya şöbəsindədir.

 

“Hər kəsdən dua etməyi və bacardıqca köməklik etmələrini xahiş edirəm”, - rejissor paylaşımında qeyd edib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR