Burada sizin reklamınız ola bilər

18 min hektar ərazi Bakı meriyasının idarəçiliyinə qaytarılır
10 Mart 2021 , 10:52

18 min hektar ərazi Bakı meriyasının idarəçiliyinə qaytarılır


Abşeron rayon İcra Hakimiyyətinin istifadəsindən Bakı ŞİH-nin idarəçiliyinə qaytarılması nəzərdə tutulan ərazilərin müəyyənləşdirilməsi işlərinə başlanılıb. 

 

Primetime.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib. Bildirilir ki, həmin ərazilərin yer quruluşu qaydasında müəyyən edilərək onlara dair hüquqların mövcudluğunun real vəziyyətlə müqayisə edilməsi nəzərdə tutulub. 

 

Bununla əlaqədar qeyd olunan ərazilər haqqında ilkin mərhələdə elektron formada məlumatlar əldə edilib. 

 

Aparılmış monitorinqlər nəticəsində Abşeron RİH-nin idarəçiliyində olan və Bakı şəhərinin Xəzər, Sabunçu, Suraxanı və Binəqədi rayonları ərazisində yerləşən 18 min hektar torpaq sahəsi müəyyən edilib və Bakı ŞİH-in idarəçiliyinə qaytarılması təklif olunub. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR