Burada sizin reklamınız ola bilər

Türkiyəyə gedən şəxslərə kod veriləcək
13 Mart 2021 , 15:18

Türkiyəyə gedən şəxslərə kod veriləcək


Martın 15-dən etibarən Türkiyəyə səfər edəcək şəxslər “Türkiyəyə giriş anketi”ni doldurmalı olacaqlar.

 

Primetime.az xəbər verir ki, bununla əlaqədar olaraq Türkiyənin Səhiyyə Nazirliyi ölkəyə səfər edən şəxslərin tibbi məlumatlarının qeyd olunduğu anketi təkmilləşdirib.

 

Qeyd olunur ki, xaricdən hava yolu nəqliyyatı ilə Türkiyəyə gələn şəxslər 72 saat içərisində “register.health.gov.tr” saytına daxil olaraq, təqdim edilmiş anketi doldurmalıdırlar. Anket doldurulduqdan sonra hər bir şəxs üçün müvafiq kod yaradılacaq və şəxslər bu kodu Türkiyədə səyahət zamanı istifadə edə biləcəklər. Anketin kağız daşıyıcıda, ya da mobil cihazlarda surətini özünüzlə götürmək məcburidir.

 

Sözügedən anketin sərnişinlər tərəfindən doldurulub-doldurulmadığı uçuşdan əvvəl aviaşirkət tərəfindən yoxlanılacaq.

 

Qeyd edək ki, elektron anketi doldurmaq məcburiyyəti tranzit sərnişinlərə aid deyil.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR