Burada sizin reklamınız ola bilər

Dumanlı hava nə vaxtadək davam edəcək?
18 Mart 2021 , 10:37

Dumanlı hava nə vaxtadək davam edəcək?


Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün Bakı şəhərində müşahidə olunan güclü dumanın səbəbini açıqlayıb.

Nazirliyin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın verdiyi məlumata əsasən, Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraitinə gecə saatlarında yer səthinin soyuması və havanın temperaturunun aşağı düşməsi səbəb olub:

“Xəzər dənizi üzərində formalaşan duman qatı arabir güclənən cənub küləyi nəticəsində Abşeron yarımadasına daxil olub. Belə hava şəraiti bu gün ərzində və 19-u gecə və səhər saatlarında fasilələrlə davam edəcək”.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR