Burada sizin reklamınız ola bilər

Azərbaycanda neçə məktəb koronavirusa görə bağlanıb? -
18 Mart 2021 , 17:12

Azərbaycanda neçə məktəb koronavirusa görə bağlanıb? - RƏSMİ


“Fevralın 1-dən indiyə kimi 164 ibtidai sinif şagirdində koronavirusa yoluxma qeydə alınıb. Bunların hamısı məktəbdə olmayıb”.
 

Primetime.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev özünün “Facebook” hesabında canlı yayım zamanı bildirib.
 

Onun sözlərinə görə, V-IX sinifdə təhsil alan 282 şagird COVID-19-a yoluxub.
 

“Məktəbəqədər hazırlıq sinif şagirdləri arasında koronavirusa yoluxanların sayı 23 nəfər olub. 714 nəfər işçi heyəti yoluxub”.
 

Nazir qeyd edib ki, koronavirusa görə 626 sinif distant təhsilə keçirilib:
 

“Onlardan 233 məktəbdə dərslər artıq bərpa edilib. 48 məktəb distant təhsilə keçirilmişdi. 41-i hazırda da distantdadır, yeddi məktəbdə isə ənənəvi təhsil forması bərpa edilib”.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR