Burada sizin reklamınız ola bilər

Nazirlikdən bağçalarla bağlı açıqlama
01 Aprel 2021 , 16:12

Nazirlikdən bağçalarla bağlı açıqlama


Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyi aprelin 5-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili ilə bağlı qərarını açıqlayıb. 
 

Nazirlikdən Primetime.az-a verilən məlumata görə, yeni qərar məktəbəqədər tədris müəssisələrini (uşaq bağçalarını) əhatə etmir.
 

Qeyd edək ki, sadalanan ərazilərdən əlavə digər şəhər və rayonlarda tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR