Burada sizin reklamınız ola bilər

Bazar günü 19 dərəcə isti olacaq
03 Aprel 2021 , 13:14

Bazar günü 19 dərəcə isti olacaq


Milli Hidrometeorologiya Xidməti aprelin 4-də gözlənilən hava şəraitini açıqlayıb. 

 

Primetime.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq.

 

Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 7-10 dərəcə isti, gündüz 15-19 dərəcə isti olacaq. Bakıda gecə 8-10 dərəcə isti, gündüz 17-19 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi normdan yüksək 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək.

 

Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. 

 

Havanın temperaturu gecə 5-8 dərəcə isti, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 3-6 dərəcə şaxta, gündüz 7-12 dərəcə, bəzi yerlərdə 16 dərəcə isti olacaq.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR