Burada sizin reklamınız ola bilər

90 yaşlı qadın bədbəxt hadisə nəticəsində öldü
04 Aprel 2021 , 16:44

90 yaşlı qadın bədbəxt hadisə nəticəsində öldü


Qax rayonunda 90 yaşlı qadın bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
 

Primetime.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaxingiloy kəndində baş verib.
 

Belə ki, 1931-ci il təvəllüdlü kənd sakini Papiaşvili Jenya Sergeyevna yaşadığı evdə tək olduğu zaman yıxılıb və başı betona çırpılıb. Qadın hadisə yerində həyatını itirib. Onun meyitini evə gələn qızı aşkarlayıb və hüquq-mühafizə orqanlarına xəbər verib.
 

Yaşlı qadın evdə oğlu ilə yaşayıb. Hadisə baş verən gün isə oğlu evdə olmayıb.
 

Faktla bağlı araşdırma aparılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR