Burada sizin reklamınız ola bilər

“Baku Steel Company”də ölüm hadisəsi baş verib
05 Aprel 2021 , 11:52

“Baku Steel Company”də ölüm hadisəsi baş verib


“Baku Steel Company” MMC-də ölüm hadisəsi baş verib.
 

Nərimanov rayon prokurorluğundan Primetime.az-a verilən məlumata görə, aprelin 4-də saat 21 radələrində Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən “Baku Steel Company” MMC-nin dəmir qəbulu məntəqəsində 1972-ci il təvəllüdlü Babayev Şahin Qələndər oğlu idarə etdiyi yük avtomobilinin üzərinə dəmir parçasının düşməsi nəticəsində ölüb.
 

Həmin dəmir qəbulu məntəqəsində Mehdiyev Zeyqəm Mehdi oğlu tərəfindən idarə edilən stasionar qaldırıcı kran vasitəsilə iri həcmli dəmir parçaları daşınan zaman həmin əraziyə gəlmiş Cəmiyyətdə xidməti müqavilə əsasında sürücü işləyən Şahin Babayevin idarə etdiyi “Kamaz” markalı yük avtomobilinin üzərinə dəmir parçasının düşməsi nəticəsində sürücü xəsarətlərdən hadisə yerində ölüb.
 

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
 

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR