Burada sizin reklamınız ola bilər

Bağçalar sabahdan işləyəcək -
05 Aprel 2021 , 12:23

Bağçalar sabahdan işləyəcək - Rəsmi


Sabahdan Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən dövlət və özəl məktəbəqədər təhsil müəssisələri (bağçalar) ənənəvi qaydada fəaliyyətini davam etdirəcək.
 

Bakıda fəaliyyət göstərən bağçalardan Primetime.az-a daxil olan məlumata görə, sözügedən müəssisələrə sabahdan işə davam etmələri ilə bağlı tapşırıq verilib.
 

Qeyd edək ki, aprelin 5-dən bağçaların bağlanacağı ilə bağlı rəsmi məlumat yayılsa da, təhsil naziri Emin Əmrullayev canlı yayımda Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şəkidə bağçaların ənənəvi şəkildə fəaliyyətini davam etdirəcəyini vurğulamışdı.
 

Bir qədər əvvəl isə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov qeyd edib ki, bağçalarla bağlı qısa müddət ərzində təfərrüat tam aydın olacaq.

***

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssissələri və Uşaq Evləri İdarəsindən Primetime.az-a verilən məlumata görə, Bakı şəhərindəki dövlət məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti davam edir. Bağçalarda çalışan işçi heyətin qısa müddət ərzində tam tərkibdə peyvənd olunması ilə bağlı tapşırıq verilib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR