Burada sizin reklamınız ola bilər


06 Aprel 2021 , 11:05

"Nə mən, nə Rəmiş koronavirusa yoluxub" - Xalq artistinin həyat yoldaşı


Xalq artisti Rafiq (Rəmiş) Hüseynovun həyat yoldaşı Gülü Hüseynova sənətçinin ölümündən danışıb.

 

O, Primetime.az-a açıqlamasında Xalq artistinin koronavirusa yoluxmadığını deyib:

 

"Rəmiş bu gün yeni mənzilinə köçür, məni aparmır, mənsiz gedir. Dünən Rəmişlə son dəfə bir evdə qalacaqdıq, amma icazə vermədilər. Bilmirəm niyə qoymadılar? Bu gecə yatmadım. Dedim, bəlkə, insafa gəlib, evə qayıdıb gələr. Morqdan cənazəsini vermədilər. O, koronavirusa yoluxmamışdı. İmam Hüseyn haqqı xəstə deyildi. Sadəcə onu müalicə edə bilmədilər. Dövlətə cavab verə bilməyəcəklər deyə adını korona qoydular. Xəstəxanadan xəstəlik səbəbi ilə bağlı sənəd vermədilər. Heç birimiz koronavirus xəstəsi deyilik. Onlar günaha batdılar".

 

Xalq artistinin həyat yoldaşı xəstəxanadan qaçmadığını deyib:

 

"Mən xəstəxanadan qaçmamışam, oradan qaçmaq olar?! Hazırda hər söz deyə bilərlər. Allah göydən baxır. Onların cavabını Allah verəcək. Xəstəxanın arxa qapısından deyil, təcili yardımın qapısından çıxmışam".

 

Qeyd edək ki, Xalq artistinin nəşi hazırda 1 saylı Kliniki Xəstəxanadadır. O, Qurd qapısı qəbirstanlığında dəfn ediləcək.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR