Burada sizin reklamınız ola bilər


06 Aprel 2021 , 12:25

"Rəmiş son günlər özünü yaxşı hiss edirdi" - Təyyar Bayramov


Xəstəxanada mərhum xalq artisti Rafiq (Rəmiş) Hüseynovu ziyarət edən əməkdar artist Təyyar Bayramov gitara ifaçısı haqqında danışıb.

 

Təyyar Bayramov Primetime.az-a açıqlamasında bildirib ki, Xalq artisti son günlər özünü yaxşı hiss edirmiş:

 

"Rəmiş bizim sənətkarımızdır. Reanimasiyadan palataya köçürüləndə Mənsum İbrahimov ilə xəstəxanada onu ziyarət etdik. Çox zəif danışırdı. İki gündən bir Güllü xanımla danışırdım. Rəmiş ancaq deyirdi ki, can sağlığı olsun, Allah hamının canını sağ eləsin. Son günlər səhhəti əvvəlkinə nisbətən yaxşı idi. Xəstəxanaya gedəndə səhhəti çox pis idi. Amma biz ziyarətə gedəndə rəngi özündə idi. Güllü xanım mənə bildirdi ki, Rəmiş deyir, məni gəzdir, onu dəhlizdə arabada gəzdirirəm. Rəmişin vəfatından üç-dörd gün əvvəl Güllü dedi ki, vəziyyəti yaxşı deyil. Rəmişin virusa yoluxmasını həkimlər deyirlər. Mən o dərəcədə bilmirəm. Bizə məlumat verildi ki, o, virusa yoluxub".

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR