Burada sizin reklamınız ola bilər

Millimiz yarımçıq heyətlə Slovakiyaya yollandı
06 Aprel 2021 , 16:28

Millimiz yarımçıq heyətlə Slovakiyaya yollandı


Futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində aprelin 8-də Levitse şəhərindəki idman zalında Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan millisi bu gün səfərə çıxıb.
 

Primetime.az xəbər verir ki, Bakı-İstanbul-Budapeşt hava reysi ilə hərəkət edən komanda Macarıstanın paytaxtından oyunun keçiriləcəyi şəhərə avtobusla yollanacaq.
 

Levitse şəhərindəki “Astrum Laus” hotelində məskunlaşacaq millinin heyətində itkilər var. Zədəli olan Bolinya və Hadi Əhmədi bu görüşdə komandaya kömək edə bilməyəcək. Buna görə də Joze Alesio Da Silva 3-ü qapıçı olmaqla bu matçda 12 futzalçının xidmətindən istifadə edəcək.
 

Yüngül zədəsi olan Əmir Şocai baş məşqçi şans verəcəyi təqdirdə meydana çıxacaq. İki gün əvvəl məşqdə zədələnən Bolinya və Hadi Əhmədi isə müalicəsini Bakıda davam etdirəcək. Onların aprelin 14-də Yunanıstanla Bakıda keçiriləcək görüşə qədər hazır olacağı gözlənilir. Millinin səfər oyunu üçün heyətini diqqətinizə çatdırırıq.
 

S/S

AD VƏ SOYAD

KLUB

1

Rövşən Hüseynli

Araz-Naxçıvan

2

Emin Kürdov

EKOL

3

Cavad Məmmədov

Neftçi İK

4

Xətai Bağırov

Araz-Naxçıvan

5

Rizvan Fərzəliyev

Araz-Naxçıvan

6

Fineo De Araujo

Araz-Naxçıvan

7

İsa Atayev

Araz-Naxçıvan

8

Əmir Şocai

Araz-Naxçıvan

9

Ramiz Çovdarov

Araz-Naxçıvan

10

Tofiq Mikayılov

EKOL

11

Eduardo Borqes

ACCSS FUTSAL (Fransa)

12

Everton Kardozo

Levante (İspaniya)


Qeyd edək ki, qarşılaşma aprelin 8-də, Bakı vaxtı ilə saat 18:00-da keçiriləcək.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR