Burada sizin reklamınız ola bilər

Tacsız qalan gözəl
07 Aprel 2021 , 10:36

Tacsız qalan gözəl - VİDEO


Şri-Lankada aprelin 4-də keçirilən gözəllik yarışmasında qalmaqal yaşanıb.

 

Primetime.az xarici KİV-ə istinadən xəbər verir ki, "Miss Şri-Lanka" gözəli seçilən Puşpika De Silvanın tacı əlindən alınıb. 2019-cu ildə yarışmada qalib olan Kerolayn Curi səhnəyə çıxaraq, onun tacını başından götürüb. O bildirib ki, Silva ailəli olub. Yarışmanın qaydalarına görə ailə quran, boşanan qızlar birinci seçilə bilməz.

 

Curi tacı yarışmada ikinci yeri qazanan qızın başına qoyub. Silva bildirib ki, onu yarışmada təhqir etdikləri üçün məhkəməyə müraciət edəcək.

 

"Mrs Sri Lanka World"un direktoru Çandimal Cayasunqhe bildirib ki, tac Silvaya geri qaytarılacaq.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR