Burada sizin reklamınız ola bilər

Astara sakini ülgüc udub
07 Aprel 2021 , 10:55

Astara sakini ülgüc udub


Astara rayonunda 30 yaşlı kişi ülgüc udub.
 

Primetime.az report-a istinadən xəbər verir ki, hadisə ötən gecə baş verib.
 

Belə ki, rayonun Burzubənd kənd sakini, 1991-ci il təvəllüdlü Yasəf Cəmil oğlu Əliyev ülgüc (lezva) udaraq intihara cəhd edib. Yaxınları onu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
 

Y.Əliyev əməliyyat olunub və ülgüc onun daxili orqanından çıxarılıb. Hadisənin hansı səbəbdən baş verməsi hələlik dəqiq olmasa da hüquq mühafizə orqanlarının əməkdaşları bir neçə versiya üzərində araşdırmalara başlayıblar.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR