Burada sizin reklamınız ola bilər

Əməkdar mədəniyyət işçisi vəfat etdi
07 Aprel 2021 , 11:28

Əməkdar mədəniyyət işçisi vəfat etdi


Əməkdar mədəniyyət işçisi Həsən Həsənov vəfat edib.
 

Primetime.az xəbər verir ki, 71 yaşlı incəsənət üzvü uzun müddət davam edən ağır xəstəlikdən dünyasını dəyişib.
 

Məlumatı H. Həsənovun rəhbəri olduğu “Audiokitab” layihəsinin əməkdaşları sosial şəbəkədə yayıb. 
 

Qeyd edək ki, Həsən Həsənov müxtəlif illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Dövlət Gənclər Teatrı və Mingəçevir Dövlət Dram Teatrında rəhbər vəzifədə olub. O, 2017-ci ildən “Audiokitab” layihəsinin rəhbəridir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR