Burada sizin reklamınız ola bilər

Bakı “BT”nin keçmiş rəis müavini həbs edildi
07 Aprel 2021 , 12:18

Bakı “BT”nin keçmiş rəis müavini həbs edildi


İqtisadiyyat Nazirliyi yanıda Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (BT-red.) 1 saylı Bakı Ərazi İdarəsinin rəis müavini olmuş Eldar Mirzəyev həbs edilib.
 

Primetime.az qafqazinfo-ya istinadən xəbər verir ki, Eldar Mirzəyev prokurorluq əməkdaşları tərəfindən saxlanılıb.
 

Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan informasiya ilə bağlı ictimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.
 

Qeyd edək ki, E. Mirzəyev Dövlət Əmlak Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Hikmət Mustafayevin bacısı oğludur.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR