Burada sizin reklamınız ola bilər

“İdeal ata deyiləm”
07 Aprel 2021 , 14:57

“İdeal ata deyiləm”


“Özümü ideal ata hesab etmirəm. Çəkilişlərdə oluram, evə gələndə Murad artıq yatır, səhər gedəndə yenə də yatər. Ona görə də uşaq məndən çox anasına yapışır. Adətən görmüşük ki, atalar evdən gedəndə uşaq arxasınca ağlayır. Məndə isə əksinədi, uşaq normal "sağ ol" deyib, məni yola salır".

Primetime.az verir ki, bu sözləri aktyor Müşviq Şahverdiyev rəqqasə Oksana Rəsulovanın Xəzər TV-də yayımlanan "Bu ana kimi" verilişində deyib. O bildirib ki, oğlu Murad ondan çox anasına bağlıdır: 

 

"Pandemiyada evdə çox oldum. Evdəkilər məni evdən qovmaq istəyirdilər. Qəribə xasiyyətlərim üzə çıxmışdı: niyə bu buradadır, yuyulmayıb, uşağın paltarını niyə ora qoymusan. Anam da dedi ki, nə işinə qalıb, çıx get. Deyirdilər, yaxşı ki, sən evdə olmursan".



Xanımından bəhs edən Müşviq övladının adını həyat yoldaşının qoyduğunu deyib:

 

“Ailə qurmazdan, Aynurəni tanımazdan əvvəl düşünürdüm ki, oğlum olacaq, adını da Yusif qoyacam. Burada deyirlər ki, qadın böyük qüvvədir. Sən demə Aynurənin də arzusu oğluna Murad adı qoymaq idi. Evləndim, bildik ki, oğlumuz olacaq. Aynurə Murad, mən Yusif dedim. Axırda o, deyən oldu.Uşaq yeni doğulanda, hər gün qazçıxarma problemi yaşayırdıq. İşdən yorğun gəlirdim, deyirdim, yatacam. Dəfələrlə olub ki, gedib ofisdə yatırdım. Evdə dava-dalaşımız olurdu. Deyirdim, başa düş, işdən gəlirəm, ölürəm. Gözümün içi qırmızı olurdu. Çəkilişdə ayaqüstə, ssenari əlimdə yatırdım".

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR