Burada sizin reklamınız ola bilər

Vurulan vaksin sayı 1 milyonu keçdi
07 Aprel 2021 , 15:48

Vurulan vaksin sayı 1 milyonu keçdi


Bu gün Azərbaycanda 43 min 499 doz vaksin vurulub.
 

Primetime.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
 

Birinci mərhələ peyvənd olunanların sayı 27 min 992 təşkil edib, ikinci mərhələdə isə bu rəqəm 15 min 507 olub.
 

Ümumilikdə, indiyədək ölkədə 1 milyon 25 min 790 doz vaksin vurulub. Bunlardan 639 min 463-ü birinci mərhələ, 386 min 327-si isə ikinci mərhələ vaksinasiyadır.
 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR