Burada sizin reklamınız ola bilər

Karantin qaydalarını pozan kafe aşkarlandı
08 Aprel 2021 , 11:07

Karantin qaydalarını pozan kafe aşkarlandı


Qubada gecə saatlarında fəaliyyət göstərən kafe aşkar edilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Primetime.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları gecə saatlarında şəhər ərazisində xidmət aparan zaman rayonun Qaraçay kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən kafe aşkarlayıblar.

 

Şöbə əməkdaşları tərəfindən dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyekti işlədən İlqar Ağarzayev və orada olan 4 nəfər şəxs inzibati qaydada məsuliyyətə cəlb olunublar.

 

Qaydaları pozan şəxslərlə bir daha profilaktiki söhbətlər aparılıb və karantin qaydalarına əməl etmələrinin vacibliyi çatdırılıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR