Burada sizin reklamınız ola bilər

Məşhur aktyor bu hərəkətinə görə üzr istədi
08 Aprel 2021 , 12:51

Məşhur aktyor bu hərəkətinə görə üzr istədi - VİDEO


Türkiyəli aktyor Kerem Bürsin həmkarı Hande Erçellə instaqramda canlı yayımda olarkən pandemiya dövründə restorana gedənləri təhqir edib. “Kafelərə gedirsiniz, üstəlik maskalarınızı da çıxarırsınız. Bağışlayın, amma axmaqsınız”,- deyə aktyor bildirib.

 

Primetime.az xəbər verir ki,onun bu sözləri izləyiciləri qıcıqlandırıb və Bürsin sosial şəbəkələrdə linç olunub. Bundan sonra Kerem instaqramda paylaşım edərək hər kəsdən üzr istəyib:

 

“Təəssüf ki, dünən istifadə etdiyim “axmaq” sözü düzgün və xoş bir seçim deyildi. Bu səhvim üçün üzr istəyirəm. Son bir ildir ki, pandemiya prosesindəyik və bu, heç kim üçün asan deyil. Virusun qarşısını alan və riski azalda biləcək tək şey maska taxmaqdır.

 

Gündəlik xəstəlik sayına görə dünyada ilk sıralardayıq. Sosiallaşacağıqsa, bu, maska taxmaq məsuliyyətini öz üzərinə götürmək deməkdir”.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR