Burada sizin reklamınız ola bilər

Azərbaycanda müəllim onlayn dərs zamanı öldü
08 Aprel 2021 , 14:22

Azərbaycanda müəllim onlayn dərs zamanı öldü


Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi Soltan Səbzəliyev onlayn dərs zamanı vəfat edib.
 

Bu barədə  Primetime.az-a Universitetin mətbuat xidmətindən məlumat verilib. 62 yaşlı müəllimin qəfil ürəktutmadan dünyasını dəyişdiyi bildirilir.
 

S. Səbzəliyev Mendeleyev adına Moskva Kimya Texnologiyaları Universitetini bitirib. 25 ildən artıqdır ki, AzMİU-da çalışıb. Universitetin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasında baş müəllim kimi dərs deyib. 
 

S. Səbzəliyev doğulduğu İsmayıllı rayonunun Ruşan kəndində dəfn olunub.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR