Burada sizin reklamınız ola bilər

Neftin qiyməti 2035-ci ildə 70 dolları keçə bilər
09 Aprel 2021 , 11:43

Neftin qiyməti 2035-ci ildə 70 dolları keçə bilər


Dünya bazarında neftin qiyməti 2025-ci ilə qədər bir barel üçün 50-75 dollar arasında dəyişə bilər.
 

Primetime.az report-a istinadən xəbər verir ki, bu barədə məlumat Rusiyanın neft sənayesinin Baş sxeminin layihəsində verilir.
 

İlkin ssenariyə görə, 2020-ci illərin ikinci yarısında neft qiymətləri bir barel üçün 50-60 dollar aralığında olacaq və 50 dollardan əhəmiyyətli dərəcədə aşağı düşməyəcək.
 

“2020-2022-ci illərdə hasilat aktivlərinə qoyulan investisiyanın aşağı səviyyəsi qiymətlərin bir barel üçün 50-60 dollar və daha yüksək səviyyədə qalmasını (OPEC+ çərçivəsində hasilatın tənzimlənməsi davam edərsə) şərtləndirəcək”, - sənəddə deyilir.
 

“Brent” markalı neftin bir barelinin qiymətinin 2030-cu ilədək orta hesabla 70 dollar, 2035-ci ilədək 73 dollar, 2040-cı ilədək 71 dollar təşkil edəcəyi gözlənilir.
 

2020-ci ildə “Brent” neftinin bir barelinin illik ortalama qiyməti 42 dollar olub. “Urals” neftinin bir bareli isə orta hesabla 41 dollara satılıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR