Burada sizin reklamınız ola bilər

BƏƏ kosmosa qadın göndərəcək
11 Aprel 2021 , 17:10

BƏƏ kosmosa qadın göndərəcək


Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətliləri dörd min namizəd arasından seçilən iki yeni astronavtın adını açıqlayıb.
 

Primetime.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə BƏƏ Baş naziri Məhəmməd ibn Rəşid Əl Məktum “Twitter” hesabında yazıb.
 

Qeyd edilir ki, Məhəmməd əl-Molla və Nura əl-Matruş kosmosa uçacaqlar.
 

Nura əl-Matruş ərəb dünyasında kosmosa uçan ilk qadın astronavt olacaq.
 

Onlar yaxın vaxtlarda NASA-nın astronavt hazırlığı proqramına qatılacaqlar.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR