Burada sizin reklamınız ola bilər

 “Bunu özümə və sizə hədiyyə edirəm”
15 Aprel 2021 , 11:39

“Bunu özümə və sizə hədiyyə edirəm” – Nura Suri


Müğənni Nura Suri doğum günündə yeni klipini və fotosessiyasını təqdim edib.

 

Primetime.az xəbər verir ki, sənətçi bir neçə ay öncə ifa etdiyi sözləri Azər Şirinə, musiqisi Tərlahməmmədhüseynova aid “Hərdən bir” adlı mahnısını ekranlaşdırıb. Klipi rejissor Emin Muradov və Elimaxography birlikdə ərsəyə gətirib.

 

“Bu klipi ad günümdə özümə və sizə hədiyyə edirəm. Həyatımızda “Hərdən bir” yox, hər zaman xoşbəxtlik və uğur bizimlə olsun”, - deyə Nura Suri bildirib.

 

Qeyd edək ki, sənətçi klipdə model Nicat Ələkbərli ilə kamera qarşısına keçib. Onun fotolarını isə Telman Heybətov çəkib.

 

 

 

 

 

 

 

 

 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR