Burada sizin reklamınız ola bilər

Azərbaycan iqtisadiyyatı 1,3 faiz kiçilib
16 Aprel 2021 , 13:50

Azərbaycan iqtisadiyyatı 1,3 faiz kiçilib


2021-ci ilin yanvar-mart aylarında ölkədə 18 milyard 921,5 milyon manatlıq daxili məhsul istehsal edilib.
 

Primetime.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, ÜDM əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz azalıb.
 

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 7,3 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 2,1 faiz artıb.
 

ÜDM istehsalının 40,5 faizi sənaye, 10,5 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,3 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 faizi informasiya və rabitə, 0,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 20,1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil edib.
 

Əhalinin hər nəfərinə düşən ÜDM 1 891,1 manata bərabər olub.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR