Burada sizin reklamınız ola bilər

Rauf İsmayılov vəfat etdi
17 Aprel 2021 , 15:13

Rauf İsmayılov vəfat etdi


Tanınmış keçəçi-rəssam Rauf İsmayılov vəfat edib.

 

Primetime.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Sənətkarın aprelin 14-də vəfat etdiyi bildirilib.

 

Qeyd edək ki, Rauf Əbdülhüseyn oğlu İsmayılov 28 iyun 1957-ci ildə Mingəçevir şəhərində anadan olub.

 

“Ana məhəbbəti”, “Hünər meydanı”, “Fəryad”, “Gəl rəqs edək”, “Gecə görüntüləri”, “Qurtuluş”, “Məhəbbət sorağında”, “Tənha ağac” kimi əsərlərin müəllifi R.İsmayılov 2002-ci ildə “Humay” Milli mükafatına, 2005-ci ildə Azərbaycan Rəssamlar İttifaqının təsis etdiyi “Soltan Məhəmməd” adına xüsusi mükafata, 2005-2006-cı illərdə İran İslam Respublikasının, 2006-cı ildə Alman səfirliklərinin xüsusi diplomlarına layiq görülüb.

 

Rəssamın “Həyatın bir anı” (Bakı, 2006), “Ulu sənət” (2009), “Ulu xalq-ulu sənət” (2010) adlı fərdi sərgiləri təşkil olunub.

 

Rauf İsmayılov Azərbaycanda keçə sənəti ilə məşğul olan ilk və yeganə rəssam idi.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR