Burada sizin reklamınız ola bilər

Bu küçədə tikinti məqsədilə ağacları kəsiblər
20 Aprel 2021 , 16:12

Bu küçədə tikinti məqsədilə ağacları kəsiblər


Nəsimi rayonu Seyid Cəfər Pişəvari küçəsi 27A  ünvanında ağacların kəsilərək tikinti işlərinin aparılması barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.

 

ETSN-dən verilən məlumata görə, Xidmətin rəsmisi Vaqif Cavadov bildirib ki, əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb, sözügedən ünvanda tikinti məqsədilə qazıntı işlərinin aparıldığı, 2 ağacın kəsildiyi, 1 ağacın zədələndiyi və təbiətə 2280 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

 

Araşdırma zamanı ərazinin yaşayış binasının tikintisi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən “Memar İnşaat-2017” MMC-yə verildiyi məlum olub. 

 

Faktla bağlı akt tərtib olunub, yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər aidiyyəti üzrə Prokurorluq orqanına göndəriləcək.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR