Burada sizin reklamınız ola bilər

Mariya Stadnik AÇ-də mübarizəyə başlayır
21 Aprel 2021 , 12:17

Mariya Stadnik AÇ-də mübarizəyə başlayır


Polşadan paytaxtı Varşavada keçirilən güləş üzrə Avropa çempionatına davam edir.
 

Primetime.az xəbər verir ki, yarışın 3-cü günündə Azərbaycanın qadın güləşçiləri də mübarizəyə başlayacaq. Onlar arasında 2 qat dünya və 7 qat Avropa çempionu Mariya Stadnik (50 kq) də var. O, ilk görüşünü 1/4 finalda Rusiyadan Yekaterine Poleşçuka qarşı keçirəcək.


Səbirə Əliyevanın da (76 kq) ilk qarşılaşması 1/4 final mərhələsinə təsadüf edəcək. Elis Manolova (68 kq) isə mübarizəyə 1/8 finaldan başlayacaq.
 

Avropa çempionatı, qadın güləşi

21 aprel

50 kq
1/4 final: Mariya Stadnik - Yekaterina Poleşçuk (Rusiya)

68 kq
1/8 final: Elis Manolova - Tindra Syoeberq (İsveç)

76 kq
1/4 final: Səbirə Əliyeva - Epp Maee (Estoniya)

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR