Burada sizin reklamınız ola bilər

İstirahət gününün havası açıqlandı
24 Aprel 2021 , 12:07

İstirahət gününün havası açıqlandı


Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Primetime.az-a verilən məlumata görə, aprelin 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

 

Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 11-13 dərəcə, gündüz 19-23 dərəcə isti,  Bakıda gecə 11-13 dərəcə, gündüz 21-23 dərəcə  isti olacaq.

 

Atmosfer təzyiqi  763 mm civə sütunu təşkil edəcək,  nisbi rütubət gecə 65-75 , gündüz 45-50 faiz  olacaq.

 

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər  bəzi yerlərdə duman olacaq. Şərq küləyi  əsəcək. Havanın temperaturu gecə  11-16 dərəcə  isti, gündüz  24-29 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz  15-20 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoz

 

Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki,  bu da  meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR