Burada sizin reklamınız ola bilər

I sinfə qəbulla bağlı 25 alternativ qeydiyyat mərkəzi fəaliyyət göstərəcək
26 Aprel 2021 , 15:01

I sinfə qəbulla bağlı 25 alternativ qeydiyyat mərkəzi fəaliyyət göstərəcək


"Bakı şəhərində internetə çıxışı olmayan vətəndaşlar üçün 25 alternativ qeydiyyat mərkəzi fəaliyyət göstərəcək. Hər rayon üzrə 2 və 3 belə mərkəz ayrılıb".

 

Primetime.az xəbər verir ki, bu barədə Bakı Şəhər Təhsil İdarəsinin sektor müdiri Namiq Ağayev birinci sinfə qəbulla bağlı keçirilən onlayn brifinqdə bildirib. 

 

Onun sözlərinə görə, qeydiyyat mərkəzləri həm ənənəvi, həm də onlayn formada təşkil olunacaq. Həmçinin 4 votsap nömrəsinə müraciətlər qəbul olunacaq və idarədə həmin müraciətlər operativ şəkildə cavablandırılacaq. Bu gün ictimaiyyətə tam dəqiq ünvanlar bildiriləcək”. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR