Burada sizin reklamınız ola bilər

Nişanlısından ayrılan Cennifer keçmiş sevgilisinə qayıtdı
01 May 2021 , 18:28

Nişanlısından ayrılan Cennifer keçmiş sevgilisinə qayıtdı


Müğənni Cennifer Lopes nişanlısı Aleks Rodrigesdən ayrıldıqdan sonra təsəllini keçmiş sevgilisi Ben Afflekdə tapıb.

 

Primetime.az xarici KİV-ə istinadən xəbər verir ki, aktyor dəfələrlə sənətçinin Los-Ancelesdəki evindən çıxarkən görüntülənib. Lopes və Afflek yenidən görüşdüklərini gizlətməyə çalışırlar. Ben keçmiş sevgilisinin evinə gələrkən arxa qapıdan girməyə çalışır. Onu yolun yarısında müğənninin cangüdənləri götürür.

 

Qeyd edək ki, Cennifer və Ben 2002-ci ildən görüşməyə başlayıb. 2004-cü ildə cütlük ayrılıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR