Burada sizin reklamınız ola bilər

Xətai rayonunda ikimərtəbəli ev yanıb
02 May 2021 , 11:18

Xətai rayonunda ikimərtəbəli ev yanıb


Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli evin ikinci mərtəbəsində bir otağın yanar konstruksiyaları və ev əşyaları 21 m² sahədə yanıb. 
 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yüksək temperaturdan bir ədəd kondisioner və dəhlizin tavanı 6 m² sahədə əriyib. 

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. 
 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR