Burada sizin reklamınız ola bilər

Mətanətin gəlinindən GÖZLƏNİLMƏZ PAYLAŞIM:
03 May 2021 , 10:54

Mətanətin gəlinindən GÖZLƏNİLMƏZ PAYLAŞIM: "Allah hər birinizin günahlarını bağışlasın"


Əməkdar artist Mətanət İsgəndərli koronavirus infeksiyasına yoluxub, vəziyyəti ağırdır.

 

Primetime.az xəbər verir ki, bu barədə sənətçinin bir müddət öncə böyük qalmaqal yaşadığı gəlini Canana sosial şəbəkə hesabında məlumat yayıb. O, İsgəndərli ilə görüntüləndiyi fotonu paylaşaraq izləyicilərinə çağırış edib:

 

"Əziz izləyicilərim, bu gün bir ana kimi hər birinizdən bir xahişim edəcəm. Uşaqlarımın nənəsi Mətanət xanım və oğlu Kərim Moskvada ağır koronavirus xəstəliyinə yoluxub. Mətanət xanımı xəstəxanaya yerləşdirirlər. Hər kəsin dua etməsinə ehtiyacım var. Bu müqəddəs ayda yalnız yaxşılıq etmək lazımdır. Allah hər birinizin günahlarını bağışlasın. Mən Canana heç kimə pislik arzulamıram. Allah sağ-salamat öz elinə dönməsini nəsib etsin".

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR