Burada sizin reklamınız ola bilər

Sevda ana olacaq:
03 May 2021 , 11:03

Sevda ana olacaq: "Arzulamamışam mənim oğlum ya da qızım olsun"


Müğənni Sevda Yahyayeva "MTV Azərbaycan"a müsahibə verib.

 

Primetime.az xəbər verir ki, sənətçi ana olmasından da danışıb:

 

"Əlbəttə ki, ailə həyatı çox gözəldir. Maşallah deyim, bu dərəcədə maraqlı, gözəl olacağını təsəvvür edə bilmirdim. Şükür Allaha hər şey yaxşıdır. Dəyişən bir şey var, mən ailə qurmuşam. Çox sevinirəm ki, hər şey çox gözəl gedir. Bütün xanımlara xoşbəxtlik arzu edirəm. İctimai insan olduğum üçün bunu gizlətmək qeyri-mümkün idi. Çünki mənim həyatım dəyişmişdi. Ona görə də, bizi sevən insanlarla bunu bölüşdük. İzləyiciyə bu, hər zaman maraqlı olub. Heç vaxt arzulamamışam mənim oğlum ya da qızım olsun. Əsas arzulamışam ki, gözəl, xeyirli, sağlam övlad olsun. İnanıram ki, hər şey gözəl olacaq".

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR