Burada sizin reklamınız ola bilər

Həkim Arif Quliyevin vəziyyətindən DANIŞDI
03 May 2021 , 12:09

Həkim Arif Quliyevin vəziyyətindən DANIŞDI


Xalq artisti Arif Quliyevin vəziyyəti ağır stabil olaraq qalır.
 

Primetime.az xəbər verir ki, bu barədə oxu.az-a açıqlamasında “Yeni klinika”nın reanimatoloqu Emil Qasımov məlumat verib.
 

O bildirib ki, artıq yeddi gündür Xalq artistinə invaziv mexaniki ventilyasiya tətbiq edilir:
 

“Süni tənəffüs aparatında mexaniki ventilyasiyada intensiv müalicə davam edir. Bu günlərdə yaxşılaşma müşahidə edilərsə, orqanizmin vəziyyəti dəyərləndiriləcək. Yaxşı olması üçün əlimizdən gələni edirik”.
 

Qeyd edək ki, bir müddət əvvəl koronavirusa yoluxan Xalq artisti Arif Quliyev xəstəxanaya yerləşdirilib. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR