Burada sizin reklamınız ola bilər

Günün qoroskopu:Özünüz də bilmədən həyəcanlı hadisələrin burulğanına düşəcəksiniz
04 May 2021 , 10:41

Günün qoroskopu:Özünüz də bilmədən həyəcanlı hadisələrin burulğanına düşəcəksiniz


Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

 

Qoç - yaxınlarınızla münasibətlərdə qayğıkeş, həssas olun. Sərt və aqressiv davranmayın. Dəyər verdiyiniz insanlarla ünsiyyət üçün əlverişli gündür. Gündəlik yaşamınızda önəmli dəyişikliklər baş verə bilər. Mənəvi və emosional baxımdan yeniliklərə hazırlaşın. Qohumların qəfil, planlaşdırılmamış vizitləri ola bilər. Qonaqlardan birinin bir qədər çox qalması istisna deyil. Günün ikinci yarısında indiyədək bilmədiyiniz, agah olmadığınız bacarığınız aşkarlana bilər. Qısa səfərlər üçün əlverişli zamandır. Uzunmüddətli səyahətə çıxmayın.

 

Buğa - çətinliklərdən xali olmayan gündür. Fəqət, problemlərin heç biri sizi ciddi şəkildə narahat, nigaran və ya pərişan etməyəcək. Hansısa işlər gözlədiyiniz kimi getmir? Əndiləşənməyin. Situasiyanın planlarınıza uyğun vəziyyətə düşəcəyi anı gözləyin. Nüfuzlu tanışlardan birindən yardım və dəstək ala bilərsiniz. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan biri sizə üz tutacaq. Ona kömək edin, dərdindən hali olun. Axşam saatlarında ailəvi istirahətə üstünlük verin.

 

Əkizlər - qarışıq, mürəkkəb, tələskənlik və vurnuxmanın olduğu gündür. Neqativ emosiyalarınıza hakim olun, əhvalınızı pozmayın. Mövqelərinizdən geri çəkilməyin, hirs və qəzəbin əsirinə çevrilməyin. Sinirli gözlənti böyükdür. Belədə əhvalınızda problemlər yarana bilər. Gərəksiz stresslərdən qorunun. Günün ikinci yarısında adət etdiyiniz yaşam ritmini pozmayın, ənənələrə xilaf çıxmayın. Sizi birmənalı olmayan situasiyalar gözləyir. Belə problemlər məngənəsindən itkisiz çıxmaq istəyirsinizsə çevik, hiyləgər, fəndgir olun.

 

Xərçəng - çox nəsnələr ilk baxışdan görünəndən daha asan və sadədir. Dürüst qərarlar üzdə olduğundan çox baş sındırmağa dəyməz. Başqalarının təcrübəsindən yararlanmaqdan çəkinməyin. Bu minvalla səhvlərə yol vermək riskini azaldarsınız. Yaranan problemlər ciddi deyil və çətinliklərin öhdəsindən gələcəksiniz. Yaxşı sonuc əldə etməyi düşünmədiyiniz işlə bağlı günün ikinci yarısında irəliləyiş ola bilər. Şərait uğurludur, əhəmiyyətli gəlir şansı var. Uzaqdan xoş xəbər ala bilərsiniz. Qohumlardan birinin qəfil gəlişi istisna deyil.

 

Şir - imkanlarınızı dürüst dəyərləndirsəniz, naqolay vəziyyətə düşməyəcəksiniz. İlk əvvəl intuisiyanıza və hisslərinizə, yalnız bundan sonra yaxın ətrafınızdakı insanların dediklərinə güvənin. Kənardan absurd görünən addımlar atmaqdan çəkinməyin. Çünki yalnız sizi nəyi və niyə etdiyinizi bilirsiniz. Günün ikinci yarısında yaxşı gəlir əldə edə bilərsiniz. Alış-veriş üçün münasib zamandır.

 

Qız - düşünülməmiş qərarlar verməyin, tələsik iş görməyin. Yaxın ətrafınızdakı insanlar sizinlə razılaşmayacaqlar. Onlar fikirlərinizin məcrasını və niyyətlərinizi anlamırlar. Nə istədiyinizi anladın. Dəstə və ya yardım almaq şansları var. Sevdiyiniz insanları iradlar və tələblərlə yormayın. Bir qədər güzəştə gedin. Günün ikinci yarısı bilik və bacarıqların artırılması, təhsil səviyyəsinin yüksəldilməsi üçün əlverişlidir. Səfər və ya səyahət sizi yormayacaq. Sükan arxasında çox vaxt keçirməyin.

 

Tərəzi - ailəvi işlərin və evlə bağlı problemlərin həlli üçün əlverişli zamandır. Yaşam arealınızı qaydaya salın. Mebel, məişət texnikası, interyer predmetləri almaq olar. Qonaqlar gələcək. Səxavətli və qonaqpərvər ev sahibi olun. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlar sizin yanınızda özlərini rahat hiss edəcəklər. Çətin vəziyyətə düşən insana yardım edin, ona dəstək olun. Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq. Uzaq gələcək və perspektivlə bağlı qərarlar qəbul etmək olar.

 

Əqrəb - intuisiyanız güclü olmalıdır. Çünki məhz onun sayəsində qeyri-adiliyi ilə ətrafdakı insanları heyrətləndirəcək qərarlar qəbul edə bilərsiniz. Astagəl və süst olmayın, çevik davranın. İstənilən formatdakı mühüm məsələlərin təhlili, müzakirəsi üçün yaxşı gündür. Mövqelərinizi sakit, arqumentləşdirilmiş şəkildə müdafiə edin. Qarşı tərəf sizinlə razılaşacaq. Günün ikinci yarısı qeyri-adi, alışmadığınız işlər üçün münasibdir. Yeni situasiyadan sürətlə baş çıxarın, nələrin yaşandığını anlayın. Adi durumda sürətlə yorulmamaq üçün ətalətə qapılmayın.

 

Oxatan - orijinal, müstəqil, aktiv olun. Başqasının getdiyi yolla irəliləməyin. Bələd olmadığınız insanın məsləhətlərinə kor-koranə qulaq asmayın. Yolun hara apardığı barədə düşünün. Hələlik qorxulu heç nə yoxdur. Amma bir qədər sonra öz hədəfinizə yox, başqasının məqsədinə yaxınlaşdığınızı anlayacaqsınız. Bu isə heç xoş hiss deyil. Günün ikinci yarısı aktiv istirahət, gəzinti və fəallıq üçün yaxşıdır. Aktivlik səhhətinizlə yanaşı, əhvalınıza da müsbət təsir edəcək.

 

Oğlaq - yaranan problemlərinizi çözməklə yanaşı, yaxın ətrafınızdakı insanlara da yardım edin. Yetərincə gərgin, ağır gündür. Yorula bilərsiniz. Aktiv çalışın, bir qədər istirahət etməyi də unutmayın. Fiziki işdə fayda var. Üzgüçülüklə məşğul olmaq istəyirsinizsə, niyyətinizi gerçəkləşdirin. Günün ikinci yarısında yaradıcılıq potensialının səviyyəsi aşağı düşəcək. Orijinal ideyaların qıtlığı hiss olunmayacaq. Formalaşan çətinliklərin həllində sınanmış metodlar və ənənəvi vasitələrdən yararlanın. Yeni tanışlıqlar ehtimalı azdır.

 

Dolça - çoxdan bəri başa vurmaq istədiyiniz işi bitirmək, məqsədə nail olmaq şansları var. Liderlik məziyyətlərinizi nümayiş etdirin. Yaxın ətrafınızdakı insanlar arxanızca getməyə hazırdır. Nüfuzlu, hadisələrə təsir imkanlarına malik insanlar sözlərinizi qulaqardına vurmurlar. Onlar məsləhətlərinizi dinləməyə hazırdırlar. Situasiyadan istifadə edərək peşəkar fəaliyyət müstəvisindəki mövqelərinizi möhkəmləndirə bilərsiniz. Günün ikinci yarısında ailə üzvlərindən birinin qarşılaşdığı problemin həllində yardımçı olun. Yaxınlarınıza təzyiq göstərməyin. Çətin situasiyalarda yumor hissi dadınıza çatacaq.

 

Balıqlar - özünüz də bilmədən və istəmədən maraqlı, həyəcanlı hadisələrin burulğanına düşəcəksiniz. Situasiya elə sürətlə dəyişir ki, yaşananları təhlil etməyə və düşünüb bitkin qərar verməyə vaxt qalmır. Buna görə də intuisiyanıza güvənin. Güman və hissləriniz sizi aldatmayacaq. Günün ikinci yarısı şəraitin dəyişdirilməsi, köç üçün əlverişlidir. İş yerini dəyişmək barədə də düşünmək olar. Daşınmaz əmlakla bağlı sərfəli anlaşmaya nail ola bilərsiniz. Çətin anlarda sizi ondan əsla belə addım gözləmədiyiniz insan dəstəkləyəcək.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR