Burada sizin reklamınız ola bilər

8 və 16 may tarixlərində avtobuslar işləyəcək? -
04 May 2021 , 12:14

8 və 16 may tarixlərində avtobuslar işləyəcək? - RƏSMİ AÇIQLAMA


Mayın 8-i və 16-da Bakıda ictimai nəqliyyat fəaliyyətini davam etdirəcək.
 

Bu barədə Primetime.az-a BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
 

O bildirib ki, Nazirlər Kabinetinin 19 aprel tarixli qərarında 8 və 16 may həftənin şənbə və bazar günlərinə düşsə də, rəsmi iş günləri hesab edilir. 
 

Rəsmi iş günləri sayıldığına görə həmin tarixlərdə ictimai nəqliyyat fəaliyyət göstərəcək. 
 

Xatırladaq ki, mayın 9-u saat 00:00-dan mayın 16-sı saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR