Burada sizin reklamınız ola bilər


04 May 2021 , 13:01

"Koronavirusa Firuzə İbadovanın anasının yasında yoluxdum"


Əməkdar artist Nahidə Orucova koronovirus infeksiyasından sağalıb.

 

Primetime.az xəbər verir ki, aktrisa "Bizimləsən" proqramında açıqlaması ilə hər kəsi təəccübləndirib. O bildirib ki, virusa Əməkdar artist Firuzə İbadovanın anasının yasında yoluxub:

 

"Orta ağır keçirdim. Evdə mülaicə alırdım, qəfildən pisləşdim. Boğulma, öskürək oldu. Firuzə İbadovanın anasının yasına getdim, nə edim çörək kəsmişik. Orada bir musiqiçi qadın koronovirus idi - qarmon ifaçısı Xurma. Hamını yoluxdurdu. Özü indi rəhmətə gedib. Yasdan iki-üç sonra virusun simptomlarını hiss etdim. O qadın mənə yaxınlaşdı, öpdü, foto çəkdirdi. Xəstəlikdən bir həftə sonra dünyasını dəyişdi".

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR