Burada sizin reklamınız ola bilər

Prezident Putinlə telefonla danışdı
10 May 2021 , 15:15

Prezident Putinlə telefonla danışdı


Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında növbəti telefon danışığı olub.

 

Primetime.az xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.

 

Telefon danışığı zamanı Vladimir Putinlə İlham Əliyev Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə bir-birilərini səmimi qəlbdən təbrik ediblər.

 

Qarşılıqlı inamın hərtərəfli Rusiya-Azərbaycan əməkdaşlığını inkişaf etdirməsi təsdiqlənib.

 

Müxtəlif səviyyələrdə gələcək əlaqələr barədə razılığa gəlinib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR