Burada sizin reklamınız ola bilər

ABŞ-da bu şəxslərin maskasız gəzməsinə icazə verildi
14 May 2021 , 15:53

ABŞ-da bu şəxslərin maskasız gəzməsinə icazə verildi


ABŞ Prezidenti Co Bayden koronavirusa qarşı vaksinasiyadan keçənlərin maska taxmasına ehtiyac olmadığını deyib.

 

Primetime.az qafqazinfo-ya istinadən xəbər verir ki, prezident bəyan edib ki, qayda çox sadədir:
 

“Ya vaksin vurdurun, ya da vaksinasiyaya qədər maska taxın. Bu gün ABŞ-da koronavirusla mübarizədə möhtəşəm gündür. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi vaksin olunanların artıq maska taxmaq məcburiyyətinin olmadığını elan etdi”.
 

“114 gündə 250 milyon doz vaksin vurmuşuq. Bunun nəticələrini görürük. 50 ştatın 49-da yoluxma sayı düşdü”, - dövlət başçısı əlavə edib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR