Burada sizin reklamınız ola bilər

Ötən gecə İsrailə 200-dən çox raket atılıb
15 May 2021 , 11:33

Ötən gecə İsrailə 200-dən çox raket atılıb


Ötən gecə ərzində Qəzza zolağından İsrail ərazisinə 200-dən çox raket atılıb.

 

Primetime.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Raket atışlarının sayı dünən saat 19:00-dan bu gün saat 7:00-a qədər qeydə alınıb. "Atılan 30-a yaxın raket Qəzza zolağına düşüb. Raket əleyhinə müdafiə sistemi 100-dən çox raketin qarşısını alıb",-deyə açıqlamada bildirilib.

 

Qeyd edək ki, toqquşmaların başladığı gündən etibarən Fələstin ərazilərindən İsrailə 2000-dən çox raket atdığı bildirilir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR