Burada sizin reklamınız ola bilər

Sabah temperatur 31 dərəcə olacaq
15 May 2021 , 14:53

Sabah temperatur 31 dərəcə olacaq


Mayın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.

 

Bu barədə Primetime.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 26-31, Bakıda gecə 18-20, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 , gündüz 40-45 faiz olacaq.

 

Mayın 16-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 isti, gündüz 30-35 isti, dağlarda gecə 10-15 isti, gündüz 21-26 dərəcə isti olacaq.

 

Mayın 16-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR