Burada sizin reklamınız ola bilər

Əməkdar artist XTQ giziri ilə nişanlandı
15 May 2021 , 23:29

Əməkdar artist XTQ giziri ilə nişanlandı - VİDEO + FOTO


Əməkdar artist Nigar Şabanova nişanlanıb.

 

Primetime.az xəbər verir ki, bu barədə ifaçı şəxsi instaqram hesabında məlumat paylaşıb. Nigar Xüsusi Təyinatlı Qüvvəllərin giziri ilə nişanlandığını açıqlasa da, hərbçinin kimliyi barədə məxfilik səbəbindən məlumat vermədiyini bildirib. Evdə baş tutan məclisdən fotonu Nigar sosial şəbəkədə yayımlayıb.

 

"Aylardır hamının sualının cavabını bu gün deyim: hərbçimizə bu gün "hə" dedim. Xüsusi təyinatlı qüvvələrinin giziri, həyatıma xoş gəldin. Hər kəs bilir ki, XTQ şəklini paylaşmağa icazə yoxdur. Nazlı qayınanam İlhamə ana ilə şəklini paylaşıram. İnşallah, toy şəklimizdə görünər. Hərbçi xanımları, artıq mən də sizin sıranızdayam. Allah bizlərə bitməz, tükənməz sevgi və güc versin" deyə, Nigar bildirib.

 

Qeyd edək ki, ifaçı "Həmin Zaur" proqramında qonaq olarkən efirə zəng edən həbçi ona evlilik təklifi etmişdi.

 

 

 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR