Burada sizin reklamınız ola bilər

Gimnastımız bürünc medal qazandı
23 May 2021 , 13:14

Gimnastımız bürünc medal qazandı


Bakıda keçirilən aerobika gimnastikası üzrə dünya yarış qrupları yarışında Azərbaycan milli komandası ilk medalını qazanıb.
 

Primetime.az Azərbaycan Gimnastika Federasiyasına (AGF) istinadən xəbər verir ki, 12-14 yaşlıların mübarizəsində Məryəm Topçubaşova bürünc medala sahib olub.
 

O, hakimlərdən 19,000 bal alıb. İlk 2 yeri isə Rusiya təmsilçiləri Yelizaveta Rudneva (19,800 bal) və Leysan Kuperşmit (19,700 bal) tutub.
 

Qeyd edək ki, sayca 9-cu dəfə təşkil olunan yarışda 18 ölkədən 202 gimnast iştirak edir. 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR