Burada sizin reklamınız ola bilər

Azərbaycan DÇ-də 12 cüdoçu ilə təmsil olunacaq
06 İyun 2021 , 10:15

Azərbaycan DÇ-də 12 cüdoçu ilə təmsil olunacaq


İyunun 6-da Budapeştdə cüdo üzrə dünya çempionatı start götürəcək.
 

Primetime.az xəbər verir ki, Tokio Olimpiadasına lisenziya xarakterli nüfuzlu yarışda Azərbaycan 12 cüdoçu ilə təmsil olunacaq. Belə ki, kişilərin mübarizəsində Davud Məmmədsoy, Kəramət Hüseynov (60 kiloqram), Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kiloqram), Nurlan Osmanov, Hidayət Heydərov (73 kiloqram), Murad Fətiyev, Zelim Tkçayev (81 kiloqram) və Elmar Qasımov (100 kiloqram) güclərini sınayacaqlar.
 

Qadınların yarışında isə ölkəmizi Aişə Qurbanlı, Leyla Əliyeva (48 kiloqram) və Gültac Məmmədəliyeva (52 kiloqram) təmsil edəcəklər.
 

Yarışa iyunun 13-də yekun vurulacaq.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR