Burada sizin reklamınız ola bilər

Gimnastımız Dünya Kubokunda gümüş medal qazandı -
06 İyun 2021 , 12:34

Gimnastımız Dünya Kubokunda gümüş medal qazandı - Foto


İdman gimnastikası üzrə Azərbaycan yığmasının üzvü Cavidan Babayev Qahirədə keçirilən Dünya Kubokunda uğurla çıxış edib.
 

Primetime.az Azərbaycan Gimnastika Federasiyasına  (AGF) istinadən xəbər verir ki, azərbaycanlı gimnast halqalar üzrə final çıxışına görə 4.300 xal toplayaraq gümüş medal qazanıb.
 

Qeyd edək ki, Qahirədə idman gimnastikası üzrə Dünya Kuboku 3-6 iyun keçirilir.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR