Burada sizin reklamınız ola bilər

Bakıda Formula 2 üzrə üçüncü yarış başlayıb
06 İyun 2021 , 13:49

Bakıda Formula 2 üzrə üçüncü yarış başlayıb


İyunun 6-da Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışlarının üçüncü sprint yürüşünə start verilib.
 

Primetime.az xəbər verir ki, Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparır. Pilotlar Bakı şəhər halqasında 29 dövrə vuracaqlar.
 

Formula 1 Azərbaycan Qran-Prisinin birinci günündə - iyunun 4-də pilotlar sərbəst yürüşdə güclərini sınayıblar. Yürüşdə “Hitech Grand Prix” komandasının pilotu Jüri Vips bütün rəqiblərini qabaqlayıb. “Campos” komandasından Ralf Boşunq sərbəst yürüşü ikinci, “Art Grand Prix”in sürücüsü Theo Pourçaire üçüncü yerdə başa vurublar.
 

Həmin gün keçirilən Formula 2 yarışının sıralanma turunun qalibi “Hitech Grand Prix” komandasının pilotu Liam Layson olub. Onun komanda yoldaşı Jüri Vips ikinci, “Prema Racing” komandasının pilotu Oskar Piastri isə üçüncü pillədə qərarlaşıblar.
 

Ötən gün keçirilən birinci sprint yarışında isə “Prema Racing” komandasının rusiyalı pilotu Robert Şvartsman birinci olub. “Carlin”in üzvü Dan Tiktum və “UNİ-Virtuosi” komandasının pilotu Quanyu Jou yarışı ilk üçlükdə tamamlayıblar. İkinci yarışda isə “Hitech Grand Prix” komandasının pilotu Jüri Vips fərqlənib. “Charouz Racing System”in üzvü David Bekmann yarışı ikinci, Cehan Daruvala (“Carlin”) isə üçüncü sırada tamamlayıblar.
 

Səkkiz mərhələdən ibarət yarışa dekabrın 10-12-də Əbu-Dabidə yekun vurulacaq. Bakı yürüşünə qədər keçirilmiş iki yarışın nəticəsinə görə, pilotların sıralamasına “UNİ-Virtuosi” komandasının çinli üzvü Quanyu Jou 68 xalla başçılıq edir. Komandaların sıralamasında isə “Uni-Virtuosi” 97 xalla birincidir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR